“Rapid”lə ilk oyunun hazırlığı başa çatdı

3 avqust 2022, 19:17

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Rapid” (Vyana) klubu ilə ilk oyunundan əvvəl son məşqə çıxıb. “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, avqustun 4-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlanacaq.