Cavab oyunlarının təyinatları açıqlanıb

28 aprel 2022, 12:10

Azərbaycan Kubokunun 1/2 final mərhələsində cavab oyunlarının təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Aslan Şahgəldiyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.