“Sabah”la oyuna hazırlıq davam edir
“Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir. “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən komandamız birgünlük fasilədən sonra fevralın 20-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.