“Qarabağ”la oyunu Kamal Umudlu idarə edəcək
Premyer Liqada 15-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu fevralın 7-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.