“Sabah”la ilk matçın hazırlığı başa çatdı

31 yanvar 2022, 20:02

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sabah”la ilk matçın hazırlığını başa vurub. Flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı fevralın 1-i saat 19:45-də “Bakcell Arena”da keçiriləcək.