“Neftçi” oyunöncəsi son məşqə çıxdı

23 yanvar 2022, 16:39

“Neftçi” Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamızın üzvləri bu gün oyunöncəsi son məşqə çıxıb. “Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesində zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular, o cümlədən yeni transfer İvan Brkiç də iştirak edib.

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” sabah toplanış çərçivəsində sonuncu sınaq matçını keçirəcək. Flaqman Bakı vaxtı ilə saat 16:00-da Polşanın “Qurnik Lençna” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, flaqman yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə üz-üzə gəlib.