“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi

21 yanvar 2022, 12:13

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu sınaq matçındakı rəqibi müəyyənləşib. Bu, Polşanın “Qurnik Lençna” klubudur. Yanvarın 24-ü “Emirhan Sports Complex Side”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan flaqman qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.