Fəhmin Muradbəyli icarəyə verildi

29 dekabr 2021, 14:30

“Neftçi” PFK yarımmüdafiəçi Fəhmin Muradbəylini icarəyə verib. Anlaşmaya əsasən, 25 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub.