“Neftçi”nin qış hazırlıq planı müəyyənləşdi
“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plosk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.