“Qəbələ” – “Neftçi” matçını Kamal Umudlu idarə edəcək
Premyer Liqada 14-cü turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Müslüm Əliyev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, dekabrın 15-i Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.