“Səbail”lə oyuna hazırlıq davam edir

30 sentyabr 2021, 14:38

“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir. Birgünlük fasilədən sonra sentyabrın 29-da hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah “ağ-qaralar” oyunöncəsi son məşqinə çıxacaq və bununla da “Səbail”lə görüşün hazırlığını başa vuracaq.

Qeyd edək ki, “Səbail” – “Neftçi” matçı oktyabrın 2-si saat 19:15-də “ASCO Arena”da keçiriləcək.