“Neftçi” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək
Premyer Liqada 3-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Cavanşir Yusifov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu sentyabrın 12-si saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.