Emin Mahmudov milli komandada

27 avqust 2021, 23:33

“Neftçi” PFK-nın futbolçusu Emin Mahmudov Azərbaycan milli komandasına dəvət olunub. Kapitan millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də səfərdə Lüksemburq, 4-də İrlandiya, 7-də isə Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə keçirəcəyi oyunlara çağırılıb.

Qeyd edək ki, Emin Mahmudov millidə 19 oyun keçirib, 3 qol vurub.