"Səbail"lə oyunu Səbuhi Bayramov idarə edəcək

27 fevral 2020, 13:00

Premyer Liqada 19-cu turun təyinatları açıqlanıb. "Neftçi” – "Səbail” oyununun baş hakimi Səbuhi Bayramov olacaq. Ona Müslüm Əliyev və Nahid Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Əsgər Əmirəliyev olacaq.

Qeyd edək ki, martın 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 17:00-da başlanacaq.