"Zirə" ilə oyunu Kamal Umudlu idarə edəcək

12 mart 2020, 19:00

Premyer Liqada 21-ci turun təyinatları açıqlanıb. "Neftçi” – "Zirə” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Mübariz Haşımov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Fariz Yusifov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.

Qeyd edək ki, martın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.