"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

9 yanvar 2020, 13:00

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi” PFK-nın təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. Komandamız yanvarın 24-ü "Emirhan Sports Complex Side”ın stadionunda Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi” yanvarın 15-i Polşanın "LKS Lodz”, 20-si isə Ukraynanın "Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.