
Rener Alves De Souza: “Avropa Liqasındakı çıxışımızdan çox şey gözləyirəm” (VİDEO)
Yeni transferimiz Rener Alves De Souza “Neftçi TV”yə müsahibə verib:
“Neftçi”yə menecerimin vasitəsilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyim üçün mənə kömək oldu. “Neftçi” Avropada ilk klubumdur. Avropa Liqasındakı çıxışımızdan çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq. Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam”.
Tövsiyə olunur
-
Rüfət Abbasov: “Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi”
Müsahibə 6 may 2022, 16:00 -
“Əynimdə formam, boynumda şərfim, bitməyəcək sənin ağ-qara sevgin!” sözləri heç vaxt tribunalardan əskik olmasın”
Müsahibə 28 aprel 2022, 16:20 -
“Neftçi”nin yetirməsi olmaq Azərbaycanda futbol karyerasına bir addım öndə başlamaq deməkdir”
Müsahibə 15 aprel 2022, 10:00 -
İvan Brkiç: “Bakını və insanları sevirəm”
Müsahibə 8 aprel 2022, 13:15