.“Sumqayıt”la oyuna hazırlıq yekunlaşdı
Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağımız “Sumqayıt” klubu ilə matçın hazırlığı başa çatıb. Komandamız bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Emin və Azərlə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Qeyd edək ki, dekabrın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24