Qara Qarayev “Ayın qolu”nun qalibidir!

11 iyun 2024, 15:40

Futbolçumuz Qara Qarayev “Ayın qolu” layihəsi çərçivəsində qalib olub. Onun Misli Premyer Liqasının 35-ci turunda “ASCO Arena”da “Səbail”ə vurduğu qol may ayının ən gözəl qolu seçilib. Bu münasibətlə PFL-in Texniki-idman direktoru Elgiz Abbasov təcrübəli yarımmüdafiəçiyə mükafatlar təqdim edib.