“Çoxlu sayda qol epizodu yaratdıq, amma bunlardan faydalana bilmədik”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 5-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Təbii ki, nəticədən narazıyam. Futbolçuların çoxu komandaya tam uyğunlaşa bilmədiyi üçün oyun baxımından axsayırıq. Geridə qalan matçlarla müqayisədə bu gün fərqli şəkildə yaxşı oynadıq. Çoxlu sayda qol epizodu yaratdıq, amma bunlardan faydalana bilmədik. Millinin oyunları ilə bağlı çempionatda yaranacaq fasilə komandamızın daha da yaxşı hazırlaşması üçün çox vacibdir. Komandamızın daha aqressiv hücumlar yaratmasını istəyirik. Bu gün bir neçə epizodda bunları görə bildik, amma daha da yaxşı olmasına çalışırıq. 5 oyundur qalib gələ bilməməyin azarkeşlərə, komandaya necə mənfi təsir etdiyini bilirəm, amma hazırda gedən proses mənə güc və inam verir. Çünki başa düşürəm ki, getdikcə daha da güclü olacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir”
A Komanda 4 dekabr 2024, 22:16 -
“Neftçi” 1/4 finalda!
A Komanda 4 dekabr 2024, 20:36 -
“Neftçi” – “Difai” oyunu “Neftçi TV”də!
A Komanda 3 dekabr 2024, 19:00 -
Samir Abasov: “İkinci hissədə komanda şəklində belə reaksiya verməli deyildik”
A Komanda 1 dekabr 2024, 22:30