3 futbolçumuz milli komandada!

30 avqust 2024, 12:05

“Neftçi” PFK-nın 3 futbolçusu – Emin Mahmudov, Ramil Şeydayev və Rza Cəfərov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç, ayın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlanacaq.