Ataa Caber Livan və Avstraliya yığmalarına qarşı

29 may 2024, 14:02

“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin milli komandasının düşərgəsinə çağırılıb. 29 yaşlı yarımmüdafiəçi iyunun 6-da Livan, 11-də isə Avstraliya yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara dəvət alıb.

Qeyd edək ki, Caber 7 matçda Fələstin milli komandasının formasını geyinib.