4 futbolçumuz U-17 milli komandasında!

13 may 2024, 15:25

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq milliyə “Neftçi” PFK-nın 4 üzvü – Məhdi Həsənov, Emir Fətiyev, Kamil Məmmədov və Elşən Atakişiyev dəvət alıb.

Qeyd edək ki, U-17 mayın 18-də və 21-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq və saat 17:00-da başlanacaq.