“Neftçi”nin 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!

2 sentyabr 2024, 14:16

Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sentyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-da “Emile Mayrisch” stadionunda Lüksemburq, ayın 10-u saat 19:00-da isə “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq U-21-ə “Neftçi”dən 3 futbolçu – Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin dəvət olunub.