“Neftçi”nin 6 üzvü U-17 milli komandasında!

29 avqust 2024, 14:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-dən 7-dək Bakıda, ayın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq. Milliyə “Neftçi” PFK-nın 6 üzvü – Məhdi Həsənov, Elşən Atakişiyev, Kamil Məmmədov, Elvin Vəliyev, Vüsal Kərimov və Elnur Abdullayev dəvət alıb.

Qeyd edək ki, U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək.