“Neftçi” – “Qəbələ” oyununu İnqilab Məmmədov idarə edəcək

28 yanvar 2024, 13:32

Misli Premyer Liqasında 20-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Eyyub İbrahimov, hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu bu gün saat 17:30-da “Neftçi Arena”da keçiriləcək.