“Neftçi”dən hücumçu transferi!

21 yanvar 2024, 19:37

“Neftçi” qış fasiləsi dönəmində daha bir transferini rəsmiləşdirib. Kolumbiyalı hücumçu Brayan Moreno ilə 1,5 illik müqavilə bağlanıb. 24 yaşlı futbolçu komandamızın heyətində 88 nömrəli formanı geyinəcək.

Brayan Moreno bunadək Kolumbiyanın “Atletiko Uila” (2019-2021) və Bolqarıstanın ÇSKA (Sofiya, 2022-2023) klublarında çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl syerra leoneli vinger Alfa Konteni transfer etmişdi.