Braziliyalı mərkəz müdafiəçisi “Neftçi”də

18 iyul 2023, 17:30

“Neftçi” növbəti transferini reallaşdırıb. Braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb. 28 yaşlı mərkəz müdafiəçisi komandamızın heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.