Təşəkkürlər, Samir Abasov!

8 iyun 2022, 21:00

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasovla may ayının 31-də başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, 2020-ci ilin noyabrından “Neftçi”ni çalışdıran Abasov 2020/2021 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın qalibi olub. Komandamıza 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb. “Neftçi” onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.