“Sumqayıt”la oyunun hazırlığı davam edir

10 mart 2022, 17:55

“Neftçi” Premyer Liqanın 19-cu turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını davam etdirir.  “Səbail”lə oyunun ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra martın 8-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü martın 13-ü saat 18:15-da “Bakcell Arena”da keçiriləcək.