“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu sınaq matçındakı rəqibi müəyyənləşib. Bu, Polşanın “Qurnik Lençna” klubudur. Yanvarın 24-ü “Emirhan Sports Complex Side”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan flaqman qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.
Tövsiyə olunur
-
“Qarabağ”la cavab oyunumuzu Əliyar Ağayev idarə edəcək
A Komanda 24 aprel 2024, 14:24 -
Miodraq Bojoviç “Zirə” ilə matçı şərh etdi
A Komanda 20 aprel 2024, 22:37 -
Qələbəni əldən verib məğlub olduq
A Komanda 20 aprel 2024, 21:06 -
“Zirə” – “Neftçi” matçının bütün təyinatları açıqlandı
A Komanda 20 aprel 2024, 16:15