“Neftçi” qələbəni son dəqiqədə əldən verdi

19 yanvar 2022, 19:44

“Neftçi” Antalya toplanışı çərçivəsində ikinci sınaq matçını keçirib. “Ağ-qaralar” Polşanın “Visla Plosk” klubu ilə qarşılaşıb. “Emirhan Sports Complex Side”ın stadionunda baş tutan oyun heç-heçə nəticələnib – 1:1. “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçın 55-ci dəqiqəsində Yusuf Laval hesabı açsa da, 90-cı dəqiqədə Duşan Laqator bərabərlik qolunu vurub.

“Neftçi”: 93.Rza Cəfərov, 3.Mamadu Mbodj (4.Huqo Basto, 66), 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 14.Eddi İsrafilov, 15.Ansoni Frias (22.Mirabdulla Abbasov, 76), 19.Azər Salahlı (82.Rüfət Abbasov, 76), 20.Mert Çelik, 21.İsmayıl Zülfüqarlı (37.Vüsal Əsgərov, 57), 24.Yusuf Laval, 97.Xəyal Nəcəfov.

Ehtiyat oyunçu: 44.Seymur Əliyev.

Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız qardaş ölkədəki ilk matçda Macarıstanın “Kişvarda” klubu ilə qarşılaşmışdı (2:2). Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.