“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi
“Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Macarıstanın “Kişvarda” klubu ilə qarşılaşıb. “Emirhan Sports Complex Side”ın stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 2:2. “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçın 12-ci və 14-cü dəqiqələrində rəqib komanda fərqlənsə də, “ağ-qaralar” Emin Mahmudov (42-ci dəqiqə) və Ramin Nəsirlinin (71-ci dəqiqə) qolları ilə hesaba tarazlıq gətirib.
“Neftçi”: 12.Kamran İbrahimov, 4.Huqo Basto (3.Mamadu Mbodj, 64), 6.Voislav Stankoviç (26.Ömər Buludov, 68), 8.Emin Mahmudov (K) (44.Seymur Əliyev, 76), 14.Eddi İsrafilov (27.Fərid Yusifli, 64), 20.Mert Çelik (19.Azər Salahlı, 64), 22.Mirabdulla Abbasov, 24.Yusuf Laval (11.Harramiz Suares, 73), 37.Vüsal Əsgərov (73.Ramin Nəsirli, 46), 82.Rüfət Abbasov (21.İsmayıl Zülfüqarlı, 46), 97.Xəyal Nəcəfov.
Ehtiyat oyunçu: 93.Rza Cəfərov.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirməyi planlaşdırır. Flaqman yanvarın 19-da Polşanın “Visla Plosk” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-dəki rəqib isə hələ ki dəqiqləşməyib.
Tövsiyə olunur
-
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24 -
Samir Abasov: “İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq”
A Komanda 26 yanvar 2025, 18:58