“Neftçi” PFK-nın Namik Ələskərov haqda məlumatı

14 avqust 2021, 17:44

“Neftçi” PFK, futbolçumuz Namik Ələskərovla bağlı “Bursaspor” klubunun rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib.