“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi

21 iyun 2021, 22:30

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Sloveniyanın “Olimpiya” (Lyublyana) klubu ilə qarşılaşıb. “Kodeljevo Sport Ljubljana” stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 1:1. “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçın 1-ci dəqiqəsində hesabı Namik Ələskərov açıb. Bundan 1 dəqiqə sonra Mihaylo Peroviç bərabərlik qolunu vurub.

“Neftçi”: 30.Aqil Məmmədov (12.Kamran İbrahimov, 46), 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç (70.Asim Əlizadə, 62), 7.Namik Ələskərov (11.Harramiz Suares, 58), 8.Emin Mahmudov (K) (10.Sezar Meza Kolli, 58), 20.Mert Çelik, 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli, 62), 26.Ömər Buludov, 29.Sabir Buqrin (72.Emin Zamanov, 62), 36.Mamadu Kane (21.İsmayıl Zülfüqarlı, 62), 37.Vüsal Əsgərov.

Ehtiyat oyunçular: 94.Əlirza Müştəbəzadə, 22.Mirabdulla Abbasov.

“Olimpiya”: 41.Neyk Vidmar (1.Ziqa Frelih, 46), 8.Nino Punqarsek (7.Rodivoy Bosiç, 46), 9.Sava Petrov (92.Tomislav Tomiç, 46), 11.Mihaylo Peroviç (18.Andres Vomberqar, 46), 16.Qal Kurez (79.Zan Baskera, 46), 20.Erik Boakye (17.Fink Matiç, 46), 22.Korun Uroş (33.Adrian Zelikoviç, 46), 25.Svin Seşlar (10.Timi Elsnik, 46), 37.Enrik Ostrk (35.Mislav Matiç, 46), 48.Yan Andreyasiç (62.Mixael Pavloviç, 46), 64.Marsel Patnik (70.Antonio Delamea, 46).

Ehtiyat oyunçu: 44.Bonsina Lun.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Flaqman iyunun 25-də Macarıstan “Fehervar”ı, 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.