Anton Krivotsyuka gələcək karyerasında uğurlar arzulayırıq

17 iyun 2021, 13:00

“Neftçi” PFK müdafiəçi Anton Krivotsyuk ilə başa çatan müqaviləni yeniləməyib. Milli komandamızın da üzvü olan futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, Krivotsyuk “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 105 oyunda meydana çıxıb, 10 qola imza atıb.