“Neftçi” hücumçu transferini rəsmiləşdirdi

9 fevral 2021, 23:50

“Neftçi” hücumçu transferini rəsmiləşdirib. Bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında komandamızın heyətində çıxış edəcək.

Ahmed Ahmedov Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.