“Neftçi”dən 4:3 hesablı qələbə

14 yanvar 2021, 19:00

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız “Keşlə”yə 4:3 hesabı ilə qalib gəlib. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Mirabdulla Abbasov (10-cu dəqiqə), Tallison Dias (36 və 65-ci dəqiqələr) və Mamadu Kane (62-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Nicat Qurbanov (59-cu dəqiqə) və Silvio Junior (61 və 79-cu dəqiqələr) fərqlənib.

“Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K),17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 10.Saman Nərimancahan, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 37.Vüsal Əsgərov, 44.Seymur Əliyev, 56.Elton Əlibəyli, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.