“Neftçi” ilk yoxlama oyununda qələbə qazandı

10 yanvar 2021, 17:00

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Gəncənin “Kəpəz” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan görüşdə “ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 78-ci dəqiqədə Namik Ələskərov vurub.

“Neftçi”: 30.Aqil Məmmədov, 4.Rener Alves De Souza, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 37.Vüsal Əsgərov, 56.Elton Əlibəyli, 72.Emin Zamanov, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Saman Nərimancahan, 19.Fəhmin Muradbəyli, 26.Ömər Buludov, 36.Mamadu Kane, 44.Seymur Əliyev, 70.Asim Əlizadə, 80.İsmayıl Zülfüqarlı.