
"Bugünkü oyunu unudub, növbəti matça köklənməliyik"
"Neftçi”nin yarımmüdafiəçisi Saman Nərimancahan "Sumqayıt”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. İranlı futbolçu heç-heçəyə görə məyusluğunu gizlətməsə də, bugünkü matçı unudub, növbəti oyuna köklənməyin vacib olduğunu bildirib:
"Bir nəfər azlıqda qaldığımızı nəzərə alsaq, heç-heçəni pis nəticə hesab etməmək olar. Bununla belə, qələbə qazanmadığımız üçün məyusuq. Çünki meydana yalnız 3 xal üçün çıxmışdıq. Alınmadı. Artıq irəliyə baxmalıyıq. Qarşıda "Qarabağ”la oyunumuz var. Güclü rəqib olduğunu bilirik. Bununla belə, hər görüş fərqli olur. Bugünkü oyunu unudub, növbəti matça köklənməliyik. Çalışacam ki, ən qısa zamanda komandama faydalı olum və qollarımla, məhsuldar ötürmələrimlə azarkeşlərin rəğbətini qazanım”.
Tövsiyə olunur
-
“Rapid”lə cavab oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
A Komanda 9 avqust 2022, 12:55 -
Yeni transferimiz “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçib
A Komanda 8 avqust 2022, 18:10 -
Laurentsiu Regekampf: “3 xal qazanmaq bizim üçün vacib idi”
A Komanda 7 avqust 2022, 20:38 -
“Neftçi” Premyer Liqaya qələbə ilə başladı
A Komanda 7 avqust 2022, 19:41