"Qarabağ"la oyuna hazırlıq davam edir
"Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 20:00-da başlanacaq.