
"Neftçi" Antalya hazırlığındakı məşqləri başa vurdu
"Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada davam etdirir. "Ağ-qaralar” bu gün iki məşqə çıxıb. Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran "Neftçi” sabah sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da "Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq komandamızın üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.
Tövsiyə olunur
-
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər”
A Komanda 10 fevral 2025, 22:13 -
Zirədə əzmkar qələbə!
A Komanda 10 fevral 2025, 21:24 -
“Zirə” ilə matçın hazırlığı başa çatdı
A Komanda 9 fevral 2025, 18:23 -
Samir Abasov: “Bu matç bizə yaxşı motivasiya və ümid verdi”
A Komanda 5 fevral 2025, 18:58