Kirilo Petrovla müqaviləyə xitam verildi

13 yanvar 2020, 13:00

"Neftçi” PFK müdafiəçi Kirilo Petrov müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Ukraynalı futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb.