"Neftçi" hazırlığın ikinci mərhələsinə başladı

11 yanvar 2020, 19:00

"Neftçi” PFK təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Komandamız bu gün Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı "The Sense De Luxe” otelinin stadionunda ilk məşqə çıxıb.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran "Neftçi” yanvarın 15-i "LKS Lodz” (Polşa), 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubu ilə qarşılaşacaq.