"Neftçi" hazırlığın ilk mərhələsini başa vurdu
"Neftçi” PFK mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsini başa vurub. Hazırlıq proqramına uyğun olaraq bu gün səhər fitnes zalında məşq edən komandamızın üzvləri axşam hazırlığını "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçib. Səhər məşqində əsasən fiziki yükləmələri yerinə yetirən futbolçularımız axşam məşqində toplu çalışmalar edib.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsini keçməkdən ötrü sabah səhər Türkiyəyə yola düşəcək "Neftçi” qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Ağ-qaralar” yanvarın 15-i "LKS Lodz” (Polşa), 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24