Azərbaycan çempionatının qalibi

  • Samir Abasov

    Noyabrda komandanın sükanı arxasına keçən mütəxəssis 19 oyundan 14-də komandamıza qələbə qazandırmaqla çempionluqda əsas pay sahibi olub.

  • Namik Ələskərov

    Bir çox oyunlarda vacib qollara, üstəlik, 6 matçda dubla imza atan futbolçu 19 qolla çempionatın ən yaxşı bombardiri olub. O, 4 məhsuldar ötürmənin də müəllifidir.

  • Ahmed Ahmedov

    Fevralda transfer olunub cəmi 9 oyunda meydana çıxan türk əsilli bolqarıstanlı futbolçu “Qarabağ”la son tur matçının 90-cı dəqiqəsində çempionluq qazandıran qolu vurub.

  • Emin Mahmudov

    Komandanın düşünən beyni olan kapitan 23 oyunda 4 vacib qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə də verib.

  • Voislav Stankoviç

    Serbiyalı futbolçu müdafiədəki etibarlılığı ilə seçilməklə yanaşı, “Qarabağ” və “Sumqayıt”la sona bir tur qalmış matçda komandamıza vacib xallar qazandıran qollara imza atıb.

  • Sabir Buqrin

    Texnikası və gözəl ötürmələriylə diqqət çəkən Mərakeş əsilli belçikalı futbolçu 3 qol və 4 məhsuldar ötürmə ilə çempionluqda böyük pay sahibi olub.