Azərbaycan çempionatının qalibi

  • Kazbek Tuayev

    Ötən mövsüm qış fasiləsində edilən baş məşqçi dəyişikliyindən sonra komandaya rəhbərlik edən Kazbek Tuayev "Neftçi"nin çempionluq titulunun yeni futbol ilində qorunmasında böyük pay sahibi oldu. Qışda millidən istefa verdiyinə görə edilən təzyiqlərə baxmayaraq, komanda sona qədər mübarizəni davam etdirdi və onun rəhbərliyi altında 2-ci çempionluğunu qazandı.

  • Vidadi Rzayev

    Bu mövsüm çıxdığı 29 oyunda 6 qol vuran yarımmüdafiəçi məhsuldar ötürmələri ilə də çempionluqda böyük rol oynayıb. Ardıcıl ikinci dəfə "Neftçi" ilə çempionluq titulunu qazanan “Vidoş” həmin il Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

  • Qurban Qurbanov

    Bu mövsüm Qurban Qurbanov və Samir Ələkbərovun timsalında güclü hücum tandemi yarandı. Bu cütlük komandanın vurduğu qolların (98) yarısından çoxuna (59) imza atdı. Qurbanov rəqib qapılarından 34 top keçirməklə çempionatın ən sərrast futbolçusu oldu.

  • Samir Ələkbərov

    Ötən mövsümdə çempionluq yolunda böyük rol oynayan Samir, bu dəfə də Qurban Qurbanovla hücum xəttində yaratdığı tandem rəqib müdafiəsinin baş ağrısı oldu. Meydana çıxdığı 26 oyunda "Neftçi"nin mövsüm ərzində vurduğu 98 qolun 25-nə imza atmaqla bombardirləri arasında ikinci yeri tutub.

  • Elxan Həsənov

    Qapıçı həmin mövsüm “Neftçi”də ən çox oyun keçirmiş iki futbolçudan biri olmaqla yanaşı, 30 oyunda qapısından cəmi 18 top buraxıb.

  • Yaşar Vahabzadə

    Elxan Həsənovla yanaşı, ən çox oyun keçirmiş yarımüdafiəçi rəqib qapıçılarını 5 dəfə məyus etməyi də bacarıb.

  • Arif Əsədov

    Müdafiəçilər arasında ən çox oyun (27) keçirmiş Arif Əsədov isə arxa xəttin lideri idi.