Azərbaycan Kubokunun qalibi

  • Kazbek Tuayev

    “Neftçi” Kazbek Tuayevin rəhbərliyi altında ikinci dəfə kubok qazanıb. Təcrübəli mütəxəssis bununla həm də “ağ-qaralar”ın “qızıl dubl” etməsinə səbəb olub.

  • Samir Abasov

    “Şəmkir”lə final matçının əlavə hissəsində qol vurmaqla “Neftçi”yə qələbə qazandırıb və kubokun əldə edilməsində pay sahibi olub.

  • Aqil Məmmədov

    “Bakılı” ilə yarımfinal mərhələsinin cavab oyununda sona 6 dəqiqə qalmış komandamızı kubokla vidalaşmaqdan xilas edən qola imza atıb.

  • Hüseyn Məhəmmədov

    “Bakılı” ilə yarımfinal mərhələsinin cavab matçındakı oyunsonrası penaltilərdə rəqibin səhv etməsinə səbəb olan qapıçı “Şəmkir”lə final oyununda qapısının toxunulmazlığını qoruyub.