Akademiya
3 October 202616:56

U-17 Liqasında inamlı qalibiyyət

U-17 Liqasında inamlı qalibiyyət

“Neftçi” U-17 Liqasında mövsümdə üçüncü qələbəsini qazanıb. Baş məşqçi Elvin Məmmədovun yetirmələri 6-cı turda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəliblər. “Palms Sports” Futbol Mərkəzində baş tutan oyunda qolları Əli Musazadə və İlkin Bayramov vurublar.

Qeyd edək ki, “Neftçi” 5 oyundan sonra 9 xalla turnir cədvəlində 3-cü yeri tutur.