Akademiya
17 October 202615:00

U-17 Liqasında məğlub olduq

U-17 Liqasında məğlub olduq

“Neftçi” U-17 Liqasında növbəti oyununu keçirib. Baş məşqçi Elvin Məmmədovun yetirmələri 7-ci turda “Qarabağ”a 3:5 hesabı ilə məğlub olublar. “Sərhədçi” İdman Mərkəzində baş tutan oyunda komandamızın qollarını Habil Süleymanov, Əli Musazadə və Əli İsrafilov vurublar.

Qeyd edək ki, “Neftçi” 6 oyunda 9 xal toplayıb.